Məcburi köçkünlər üçün mənzillərin harada tikiləcəyi həlləlik məlum deyil

img

18-09-2009 [04:41]


?Hazırda 700-ə yaxın məcburi köçkün ailələsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintiyə başlanması bağlı Prezidentin sərəncamına uyğun olaraq işlər davam etdirilir. Bununla bağlı olaraq Nazirlər Kabinetində müvafiq tədbirlər görülür. Lakin həmin evlərin harada tikiləcəyi hələlik məlum deyil?. Bunu Müstəqil İnformasiya Agentliyinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat departamentinin direktoru Sənan Hüseynov bildirib. Onun sözlərinə görə, məsələ tam dəqiqləşdirildikdən sonra mətbuata əlavə açıqlama veriləcək. Ayrı-ayrı vətəndaşların mənzillərində məskunlaşan məcburi köçkünlərin başqa evlərə köçürülməsinə gəldikdə isə, S.Hüseynov bu məsələnin də diqqətdə olduğunu vurğuladı: ?Həmin şəxslərin sayı dəqiqləşdirilir. Konkret nə qədər vətəndaşın mənzilində məcburi köçkünlərin yaşadığı dəqiqləşdirildikdən sonra tədbirlər görüləcək. Lakin hazırda həmin şəxslərin konkret nə zaman köçürüləcəyini demək olmaz?. S.Hüseynov Bakı şəhərində məcburi köçkünlər üçün tikilən hündürmərtəbəli binalarda işlərin davam etdirildiyini vurğuladı: ?Hazırda mühüm dövlət obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Dərnəgül qəsəbəsində 6 hündürmərtəbəli bina inşa edilir. Həmin binalarda 363 məcburi köçkün yerləşdiriləcək. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılmasını nəzərdə tuturuq. Çalışacayıq ki, ilin sonunadək mühüm obyektlərdə məskünlaşan ailələri həmin binalara köçürək. İlk öncə isə Səttarxan adına zavodun yarımçıq binasında məskunlaşan ailələr köçürüləcək?. Qeyd edək ki, 700-ə yaxın məcburi köçkün ailələsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintiyə başlanması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat məbləində vəsait ayrılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA