Səbail rayonunda ?Əxlaqın formalazmasında islam dininin rolu? mövzusunda dəyirmi masa keçirilib

img

18-09-2009 [04:16]


Səbail rayon gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoci Universitetində ?Əxlaqın formalaşmasında İslam dininin rolu? mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov açaraq vurğulamışdır ki, bu toplantının müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında keçirilməsi böyük əhəmiyyət kəsb edir. Hər bir azərbaycanlı öz dinini sevməli və ona hörmət etməlidir. Çox təəssüf ki, islam dininin inkişafı və təbliği üçün son vaxtlar yazılan nəşrlərin bir qismində əslində islama qarşı yönəldilmiş təxribat xarakterli yazılara rast gəlinir. Bu yazılar islam dininə zərbə vurmaq, mənfur əməlləri ilə xələl gətirmək istəyənlərin bu dinin sülhə, mehribançılığa xidmət etdiyini unudublar. V.Mürsəlov qeyd etmişdir ki, müqəddəs islam dinində əxlaq mövzusuna çox böyük yer verilmiş, yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsində, adət və ənənələrimizin qorunub saxlanılmasında islam dininin böyük rolu olmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Pərvanə Kazımzadə son dövrlərdə ölkədə gedən ictimai-siyasi prosseslərdə aktiv olan gənclərlə yanaşı, dinə maraq artdığını söyləyərək, keçirilən tədbiri müsbət hadisə kimi qiymətləndirdi. Səbail rayonu ərazisində 7 dini icmanın, o cümlədən 6 islam və 1 xristyan icmasının fəaliyyətdə olmasını diqqətə çatdıran P.Kazımzadə rayondakı mövcud dini durum barədə danışmış, qeyd etmişdir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dini toleyrantlıq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir, dini mərkəzlər bərpa və təmir olunaraq dindarların istifadəsinə verilir. Bu dini mərkəzlərdən olan Bibiheybət məscidi və İçəri şəhər, ?Jümə? məscidi məhz Səbail rayonunda yerləşir. Daha sonra çıxış edən İçəri şəhər, ?Jümə məscidi? dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli müqəddəs ?Qurani Kərimdə? əxlaqla bağlı məsələlərə daha çox yer ayrıldığını bildirdi: ?Əxlaqın başında duran ən böyük məziyətlərdən biri elə islamın özüdür. Əxlaqın ən gözəl nümunələrindən biri də kimsəsizlərə və möhtaclara qayğı göstərməkdir. İnsanların bir-birinə qarşılıqlı olan münasibətin qayəsidir. Bunlar əxlaqın kiçik nümunələridir. ?Qurani Kərimə? görə, insan yer kürrəsində olan bütün canlıların ən əşrəfə və Allahın xəlifəsidir. Əgər bu gün insan əxlaqi cəhətdən bir-birinə nümunə göstəriləcək dərəcədə yaxşı doğru həyat tərzi sürə bilirsə, bu islam dininin böyüklüyü, mənəviyyat göstəricisidir. Dünyaya gələcək körpənin əxlaqı hələ ana bətnində ikən formalaşır. Ana kimdir, necədirsə, o vaxtlarda özünü necə aparırsa, bu körpəyə birbaşa təsir göstərir?. İslam dinində gözəl və düzgün əxlaqı tərənnüm edən hadisələrdən nümunələr sadalayan Hacı Surxay Məmmədli islamın xurafat, mövhumat dini olmadığını bildirdi: ?İslam tək məscidlərlə ölçülməməlidir. Bir sıra məscidlərdə olan, insanların doğru yoldan yayındıran dırnaqarası mollalar bizim sıralarımızdan çıxarılmalıdır?. Tədbirdə iştirak edən İçəri şəhər, ?Gileyli məscidi? dini icmasının sədri, məscidin axundu Hacı Mirhəmid Məmmədov, Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin müəllimi, elmlər doktoru Namik Abuzərov, İlahiyyatçı Hacı Fuad Pənahlı, ?Jümə? məscidi dini icmasının üzvü Hacı Kamran Əkbərov, Azərbaycan Dövlət Pedaqoci Universitetinin fəlsəfə kafedrasının müdiri, professor Məmməd Məmmədov mövzu ilə bağlı çıxışlar edərək, tədbir iştirakçılarına islam dini ilə bağlı maraqlı məlumatlar vermişlər. İslam dininin elmə əsaslandığını vurğulayan Hacı Mirhəmid Məmmədov hələ qədimdən hər bir məscidin yanında elm ocaqlarının, mədrəsələrin olmasının vacibliyindən danışdı: ?Əsil müsəlman əxlaqı ilə seçilməlidir. Bu gün bir sıra icmalar din pərdəsi altında islam dininin dərinliklərindən xəbəri olmayan gəncləri öz çirkin əməllərinə ortaq edir. Bunun qarşısını almaq üçün gənclər arasında maarifləndirmə işləri aparılmalıdır?. Tədbirin sonunda tarixçi alimlər və din xadimləri gənclərin çoxsaylı suallarını cavablandırdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA