ilham Əliyev Müalicə-Diaqnostika Mərkəzinin açılızında iztirak edib

img

18-09-2009 [03:20]


Prezident İlham Əliyev Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilibr. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə ümumilikdə 260 həkim və orta tibb heyəti işlə təmin olunub. Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostika şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir. İkinci mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir. Dörd bölmədən ibarət əməliyyat bloku üçüncü mərtəbədədir. Reanimasiya və anesteziologiya şöbələri də üçüncü mərtəbədə yerləşir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir. Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar var. Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın ən müasir tibbi avadanlığı quraşdırılıb. Prezident Qubadakı soyqırımı məzarlığını ziyarət edib. Dövlət başçısına məlumat verilib ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımın danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Prezident İlham Əliyevə məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi haqqında da məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA