Ziyalılar haqsızlıqlara etirazlarını bir daha nümayiz etdirdilər

img

18-09-2009 [03:06]


Bu gün Azərbaycan Media Mərkəzində Azərbaycan Ziyalılar Birliyinin təşəbbüsü ilə ?Qüds günü: Qarabağın taleyini düşünərkən? mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev açaraq, bu yaxınlarda İslam Partiyası silsilə tədbirlər keçirdiklərini deyib: ?Bu tədbiri də onun davamı adlandırmaq olar. Qüdsü məncə, hər bir müsəlman ürək ağrısı ilə qeyd etməlidir. Bu gün məncə, həm də vəhdət günüdür. Bu günü qeyd etmək həm də dünyada baş verən konfliktlərə, haqsızlıqlara etiraz etməkdir?. Qarabağın da işğal altında olduğunu xatırladan E.Quliyev deyib ki, neçə illərdir mütəmadi olaraq, bu gün yığışırıq: ?Mənim fikrimcə, hər bir mütərəqqi düşüncəli insan, milliyyətindən, dinindən və irqindən asılı olmadan, təcavüzkar və qəsbkar siyasətə qarşı mübarizəyə qalxmalıdır. Bu gün Beytül-Müqəddəs əsarətdədir, Qarabağ işğal altındadır, İraqda, Əfqanıstanda, Fələstində hələ də məzlum insanların qanı axıdılır. Yadınıza gəlirsə, Qəzza hadisəsində neçə-neçə azyaşlı uşaqlar, günahsız qadınlar həlak oldular. Amma demək olar ki, biz hələ də susuruq. Bu qədər məsum müsəlmanlar həlak olur, bu qədər haqsızlıqlar baş verir, məscidlərimiz sökülür, hicaba təpki olur, yenə də suruq. Mənə çox maraqlıdır ki, biz nə vaxta qədər susmalıyıq? İstəyirəm ki, biz ağa ağ, qaraya qara deməyi bacaraq. Həm də istəyirəm ki, müsəlmanların birliyi yaransın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA