Xörək duzu və balıq məhsulları üzərində monitorinqlər davam etdirilir

img

18-09-2009 [02:05]


Quş əti və ymurta məhsulları üzərində aparılan monitorinqlər bu gün yekunlaşıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, nəticələr bir neçə günə açıqlanacaq: ?Monitorinqlərə sentyabrın əvvəllərindən start verilib. Müxtəlif adda quş əti və yumurta məhsulları Mərkəzə gətirilib. Hazırda laborator müayinələr aparılır. Öncədən ilkin müayinələrə əsaslanaraq söyləyə bilərəm ki, demək olar, məhsulların heç birində çirklənmə halları müşahidə olunmur?. İ.Abdullayev deyib ki, hazırda hisə verilmiş balıq və balıq məhsulları üzərində monitorinqlər aparılır: ?Həmçinin, paralel olaraq, xörək duzu üzərində də yoxlamalar aparılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA