Dövlət iqtisad Universitetinin nəzdində iqtisadi Arazdırmalar Elmi-Tədqiqat institutu yaradılıb

img

17-09-2009 [07:51]


Baş nazir Artur Rasizadə ?Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında? qərar imzalayıb. NK bu qərarı Təhsil Nazirliyinin təklifini nəzərə alaraq verib. Qərara əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən ?Azərbaycan regionlarının inkişafı problemləri üzrə elmi araşdırma və konsaltinq? Mərkəzinin bazasında və mövcud ştat vahidləri dairəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu yaradılır. İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə bağlı tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Azərbaycan Dövlət İqtisad Universiteti üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA