Bakıda 250 kiloqrama yaxın saxlama müddəti ötmüz ərzaq məhsulları azkarlanib

img

17-09-2009 [07:20]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bakının Nizami rayonunda yerləşən ?Xəyyam market?də və ərzaq malları mağazasında, ?Ağ bulaq? ərzaq mağazasında, Nəsimi rayonunda ?Mirzaur market?də, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ?Elnur market?də, ?Real market?də, ?Halal market?də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ?Emil? marketdə, Yasamal rayonunda ?Tac market?də, ?Toto market?də, ?Elim market?də, Goranboy rayonunda Nazim Süleymanova məxsus ərzaq malları mağazasında, Qusar rayonunun Yasab kəndində Ariz Soltanova məxsus pərakəndə ticarət mağazasında, Sumqayıt şəhərində Təvəkkül Məmmədova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən ?Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında? Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 415 fiziki şəxsə 620 min manat cərimə tətbiq olunub. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA