ilham Əliyev Bakının Parlament və Mehdi Hüseyn küçələrində apatılan təmir izləri ilə tanız olub

img

17-09-2009 [06:58]


Prezident İlham Əliyev bu gün Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Burda dövlət başçısına bildirilib ki, 1,6 kilometrlik yola yeni asfalt örtüyü döşənib. Yol boyu səkilər - 3,2 kilometr ərazi qranit daşlarla əvəzlənib. Hər iki küçədə xüsusi materialdan hazırlanan yol-nişanlama xətləri çəkilib. Bu xətlər gecələr nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün əhəmiyyətlidir. Asfalt örtüyü dəyişdirilməzdən əvvəl kommunikasiya quyularının avadanlığı yenilənib. Almaniya istehsalı olan avadanlıq xüsusi maddələrin köməyi ilə quraşdırılıb. Küçələrdə işıq sistemi təzələnib və abadlıq işləri aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA