Diqqət!!! Dönər qadınlarda döz xərçəngi yaradır

img

17-09-2009 [05:07]


Hazırda 8 qadından birində rastlanan döş xərçəngindən qorunmaq da qadınların boynuna düşür. Belə ki, döş xərçəngindən qorunmanın ən təsirli yollarından biri də şüurlu və sağlam bəslənmədir. Türkiyənin tibb mütəxəssilrəi hesab edirlər ki, yağda qızardılmış, hisə verilmiş, bütün hayvan mənşəşəli qidalar, kərəyağı, duzlanmış və şoraba edilmiş qidalar və birbaşa odda bişirilmiş qidalar, məsələn dönərdə xərçəng yaradan komponentləri daha çox saxlamaları baxımından risklidir. Bu cür qidalar, bədəndə toxumalarla mənfi təsirə girərək, toxmanın təbii quruluşunu korlayır və xərçəng riskini artıra bilir. Xərçəng hüceyrələri eyni zamanda sağlam-normal hüceyrələrə aid qida elementlərini istifadə edir və faydalı hüceyrələrin çoxalmasını da əngəlləyir. Yüksək miqdarda pestisit (əkinçilik dərmanı qalıqları) və süni kimyəvi maddələrin alışı da diyetlə əlaqədar xərçəng riskini artıran faktorlardandır. Ağ un, ağ şəkər və duz məzmunu yüksək qidalarla bəslənmək; yəni ağ çörək istehlak etmək, xəmir işlərinin (açma, qoğal, keks, peçenye) çox istehlakı, fast food tərzi bəslənmə, yağda qızartmaları çox yemək, meyvə - tərəvəz - paxlalı yeməklərinin az qəbul, hazır qidaların (hazır meyvə suları, karbonatlı içkilər vs.) tez bazar deyə adlandırdığımız paketli məhsulların çox istehlakı, şokolad, qəhvə, mövsüm xarici tərəvəz meyvə istehlakı, sosiska, kolbasa, sosiska kimi məhsullarının qəbul, yüksək dərəcəli odda qızardılmış ət və ət məhsullarının qida prosesində sıxlığı, çox spirt qəbulu xərçəngə meylliliyi artırır, bir növ özü onu bədənə dəvət edir. Hansı qidaları istehlak etmək təhlükəlidir? Yağda qızarmış qidaları (kartof qızartması, bibər, badımcan qızartması), sosiska, kolbasa, sosiska, ağ un, ağ şəkər və əsmər şəkər ilə edilmiş bütün qidalar, konservlər, hazır market məhsulları, paketli qidalar, şəkərli yemək və içkilər, marqarin və kərəyağı, tez bazar, fast food deyə adlandırdığımız qidaların istehlakı, mayonez və yağlı sousların istehlakı təhlükəlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA