?Qaçqınkomla? dəmiryolçular arasındakı məhkəmə prosesi təxirə salınıb

img

17-09-2009 [03:42]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) ilə ?Azərbaycan Dəmir Yolları? QSC arasındakı məhkəmə prosesi təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi sentyabrın 28-də baş tutacaq: ?Məhkəmə prosesi sentyabrın 16-da olmalıydı. Lakin təxirə salındı. Buna səbəb Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri stansiyasında yaşayan məcburi köçkünlərin siyahısını vaxtında hazırlayıb təqdim etməməsidir?. Xatırladaq ki, ?Azərbaycan Dəmir Yolları? QSC QMKİDK-ni Biləcəri stansiyasında yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaza görə məhkəməyə verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA