?Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkizafı imkanlarının qiymətləndirilməsi? layihəsi baza çatıb

img

17-09-2009 [02:20]


Bu gün ?Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkişafı imkanlarının qiymətləndirilməsi? adlı layihəsinin başa çatması ilə bağlı tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri Azərbaycan Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov açaraq, 2009-cu il may ayının 15-dən avqust ayının 15-nə kimi Azərbaycanda Regional İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Tərəfindən verilən maliyyə yardımı əsasında ?Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkişafı imkanlarının qiymətləndirilməsi? adlı layihə həyata keçirildiyini bildirib: ?Layihənin əsas məqsədi ondan ibarətdir ki, Dağlıq Şirvan rayonun kənd yaşayış yerlərində aqroturizmin inkişaf imkanlarını qiymətləndirmək və alınmış nəticələrə əsasən, kənd sakinləri arasında (turistlər üçün ən cazibədar kəndlərdə) bu sahənin inkişafına dair təbliğat və təşviqat işlərini daha da geniş şəkildə aparmaq idi. Layihəyə uyğun olaraq Şamaxı rayonun Çuxuryurd, Nağaraxana, Avaxıl və İsmayıllı rayonun Basqal, Lahıc, Topçu kəndləri tədqiqat ərazisi kimi seçilib. Tədqiqat ərazisi kimi seçilən bu kəndlərin indiki durumunu sizlərə çatdırmaq istəyirəm. Məsələn: Basqal-kəndinin əhalisinin çox bir hissəsi işsizdir. İşləyənlərin isə böyük əksəriyyəti tikinti sahəsində çalışır. Kənddə heyvandarlıq sıfır səviyyəsindədir. Kəndlilərin imkanı yoxdur ki, heyvan alsın. Olan-qalan heyvanlarını da imkansızlıqdan kəsib yeyirlər. Topçu kəndinin əhalisinin əsas məşğuliyyəti (taxıl, bostan-tərəvəz) və heyvandarlıqdır. Əhali istehsal etdikləri öz məhsullarını satmaq ilə qonşu rayonlara və paytaxta üz tuturlar. Kənd sakinləri ilə söhbət əsnasında bir sıra maraqlı məqamlar üzə çıxır. Sakinlər özləri etiraf edirlər ki, onların üçün əsas gəlir mənbəyi hələ də ağacların yandırılması, kömürün əldə edilməsi və sonra həmin əldə olunmuş kömürün satılmasıdır. Maraqlı orasındadır ki, artıq yerli sakinlər özləri anlayır ki, belə fəaliyyətin nəticələri xoşagəlməzdir. Biz belə qənaətə gəliriki, kəndlərdə aparılımış sosioloji sorğunun nəticəsi onu göstərir ki, əhalinin aqroturizmə marağı yüksəkdir. Lakin bu sahənin inkişafı üçün kənd infrastruktur sahələrinin inkişafına xüsusi diqqət verilməli və əhali arasında aparılan təbliğat işləri genişləndirilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA