Prezident Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılızında iztirak edib

img

17-09-2009 [01:25]


Bu gün Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev cərrahiyyə korpusunun açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış olub. Təməli 2006-cı ilin iyunun 1-də dövlət başçısının iştirakı ilə qoyulmuş Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu ən müasir üslubda inşa olunub. Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibatlıq, dəftərxana, elmi hissə, kitabxana, kafe, market yerləşir. İkinci mərtəbədə ümumi onkologiya, üçüncü mərtəbədə onkoginekologiya və torakal-onkologiya, dördüncü mərtəbədə abdominal-onkologiya, beşinci mərtəbədə baş-burun şişləri və onkourologiya şöbələri, altıncı mərtəbədə reanimasiya şöbəsi, yeddinci mərtəbədə iki əməliyyat bloku yerləşir. Bu tibb ocağı Almaniyanın ən müasir avadanlığı ilə təchiz edilib. Dövlət başçısı cərrahiyyə korpusu ilə tanışlıqdan sonra kollektivi təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA