Qadın Parlamenti oktyabrda elan ediləcək

img

17-09-2009 [11:53]


Qadın Parlamentinin elan ediləcəyi tədbir üçün neytral şəhər axtarılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. Bildirib ki, tədbirin hansı şəhərdə keçiriləcəyi sentyabr ayının sonuna yaxın bəlli olacaq: ?Hansı şəhərin seçiləcəyinə isə sponsor qərar verəcək. Bu məsələdə bir az ziddiyət var. Çünki Ermənistandan olan nümayəndələr Azərbaycana, Azərbaycandan olan nümayəndələr Ermənistana gedə bilmirlər. Eləcə də Abxaziya və Osetiya nümayəndələri Gürcüstana getmirlər. Ehtimal var ki, tədbir İstanbul şəhərində keçirilsin?. N.Cəfəroğlu deyib ki, yaradılacaq qurumun mahiyyəti, tərkibi və sairə barədə danışıqlar prosesi gedir: ?Parlamentin yaradılmasında əsas məqsəd qadınların bütün sahələr üzrə qərar qəbul etmək hüquqlarını genişləndirmək, sülhyaratma prosesində qadınların rolunun artırılmasıdır. Azərbaycandan rəhbərlik etdiyimiz təşkilat başda olmaqla 3 qurum təmsil olunacaq. Tədbirin oktyabr ayında keçirilməsi planlaşdırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA