Elmira Süleymanova: ?insan alverinə qarzı birlikdə mübarizə aparmaq lazımdır?

img

16-09-2009 [07:16]


?İnsan alveri ilə bağlı Ombusdsman Aparatına daxil olan müraciətlərin sayı barədə statistikanı ilin sonunda açıqlaya bilərəm. Bu problemlə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Sanki insan alveri ilə məşğul olan insanlar bu sahəyə biznes mənbəyi kimi baxırlar?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri ombudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, insan alverinin ?çiçəklənməsi? vətəndaşların huquqlarının kobud şəkildə pozulması ilə müşaiyət olunur: ?Təəssüf ki, insan alverinin qurbanlarının sayı sürətlə artır. Onların arasında azyaşlıların olması isə vəziyyətin mürəkkəbliyindən xəbər verir. Bunu ürək ağrısı ilə qeyd etmək istərdim. Dövlət bu problemin qarşısını almaq üçün idarə yaradıb, biz onlarla sıx əməkdaşlıq edirik. Bilisiniz ki, bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramı qəbul olunub. Hesab edirəm ki, insan alverinə qarşı birlikdə mübarizə aparmaq lazımdır. Heç bir qurum, heç bir təşkilat bu problemi təkbaşına həll etməyə qadir deyil. Biz əlaqələndirilmiş şəkildə işləsək, bu vəzifə 3 təşkilatın arasında bölüşdürülsə, daha müsbət nəticə əldə etmək olar. Mənə elə gəlir ki, insan alveri ilə paralel olaraq, erkən nikahlara da diqqət yetirmək lazımdır. Təsəvvür edin ki, elə acınacaqlı vəziyyət yaranıb ki, orta yaşlı müəllim öz şagirdi ilə evlənir. Analoji problemin yaranmasının əsas səbəblərindən biri də qanunlardakı boşluqdur. Məncə, bu cür problemləri ətraflı müzakirə etməyə ehtiyac var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA