insan alverinə qarzı mübarizə ilə bağlı dəyirmi masa keçirilib

img

16-09-2009 [06:54]


Bu gün Atatürk Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ?Yes? Azərbaycan təşkilatı ?İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə xarici qonaqlar-Polşanın ?Communications Without Barriers? fondunun prezidenti xanım İolanta Kvasnevskaya, Belçika Senatının Fəxri prezidenti, senator xanım Ənn-Mari Lizi, Polşa Respublikası, Belçika Krallığı, Misir Ərəb Respublikasının səfirləri, ölkəmizin millət vəkilləri, Qeyri-Hökümət Təşkilatlarının üzvləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Qənirə Paşayeva iştirak edib. Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin mahiyyətindən söz açıb: ?Bu günkü dəyirmi masa qadın hüquqları və bütövlükdə insan hüquqlarının qorunması baxımından əhəmiyyət kəsb edir. Məlumdur ki, ?İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında? Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ?Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı? təsdiq edilib. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs ? Milli Koordinator Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edilib. Bu qurumun fəaliyyəti bir tərəfdən insan alveri faktlarının qarşısının alınması, digər tərəfdən təsirli profilaktik tədbirlərin görülməsinə yönəlib. Milli Koordinasiya Şurasının bütün dövlət orqanlarının, beynəlxalq strukturlar, qeyri-hökümət təşkilatları ilə əlaqəli məhsuldar fəaliyyəti sayəsində çox böyük pozitiv nəticələr əldə edə bilib?. Sonra digər tədbir iştirakçıları da insan valerinin qurbanlarından və bu bəşəri problemin həlli yollarından danışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA