Elçin Behbudov Müzfiq Hüseynov və Ruslan Bəzirli ilə görüzüb

img

16-09-2009 [04:06]


Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində olarkən ?Yeni Fikir? Gənclər Hərəkatının sədri Ruslan Bəşirli və ?Bizim yol? qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən E.Behbudov deyib ki, R.Bəşirli ilə görüşəndə hərəkat sədri saxlanma şəraitindən şikayət etməyib. Onun sözlərinə görə, R.Bəşirli əfvlə bağlı ölkə prezidentinə müraciət etmək üçün komitə sədrindən yardım istəyib. E.Behbudov M.Hüseynovun saxlanma şəraitindən şikayət etmədiyini vurğulayıb: ?O mənə dedi ki, bir ay əvvəl ciddi ağrıları olan var idi, amma indi səhhəti normaldır. Müşfiq Hüseynov da məndən əfvlə bağlı ölkə prezidentinə müraciət etmək üçün kömək istəyib. Görüşdə mənə o da bəlli oldu ki, Müşfiq Hüseynovun 2 övladının hər ikisinin əlillik dərəcəsi var?. E.Behbudov daha iki müəssisədə monitorinq aparıdığını da deyib: ?Nigar Axundova bizə müraciət etmişdi. Onun oğlu 1985-ci il təvəllüdlü Axundov İlham orada cəza çəkir. 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Cəzasının 1 ilini başa vurub. Özü ?hepatit S? xəstəliyinə yoluxub. Onun rəisi ilə danışıq apardıq. Rəisi gələn həftə onu müalicə mərkəzinə göndərəcəklərinə dair söz verdi. Bundan başqa Əzizbəyov rayonu Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olduq. Orada iki nəfər saxlanılırdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA