Emin Milli və Adnan Hacızadənin tərəfdarları ilə polis arasında qarzıdurma olub

img

16-09-2009 [03:49]


Bu gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlamazdan əvvəl məhkəmə binasının qarşısına bloggerlərə dəstək məqsədi ilə toplaşan gənclərlə polis arasında qarşıdurma olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, üzərinə "Mən də xuliqanam" yazılmış köynəklər geyinən gəncləri məhkəmə binasının qarşısından dağıtmaq mümkün olmadığını görən polis əməkdaşları onları maşınlara dolduraraq, bölməyə aparıblar. Polis əməkdaşlarının saxladıqları etirazçılar ?Yeni Baxış? Gənclər Hərəkatının sədri Xalid Əliyev və ?Gənclər Klubu? İctimai Birliyinin sədri Zaur Əkbər, İsa Qəmbərin oğlu Turqut Qəmbər, Rəşadət Axundov, Orxan Cuvarlı və Elşən Poladlıdır. Onlar yaxınlıqdakı 8-ci polis bölməsinə aparılıblar. Saxlanılanlardan biri Turqut Qəmbər Azadlıq Radiosuna açıqlama verərək ?Polislər bizi məcbur etdilər ki, köynəyimizi çıxaraq, çıxarmayanları bölməyə apardılar. Mülki geyimli şəxslər bizi maşına zorla basdılar?. Turqut Qəmbər deyir ki, bu köynəkləri geyinməklə onlar sübut etmək istəyiblər ki, bloqqerlər xuliqan deyil: ?Göstərmək istəyirdik ki, onlar xuliqandırsa, biz də xuliqanıq. Polis guya bizi saxlayıb ki, araşdırsın ki, biz xuliqanıq, yoxsa, yox?,- söyləyib. Hazırda məhkəmə prosesi davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA