ETSN 9 iz üzrə 43500 manat məbləğində cərimə tətbiq edib

img

16-09-2009 [01:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 07-13 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunub. Ümumilikdə 9 iş üzrə 43500 manat məbləğində cərimə tətbiq edilib. Su ehtiyatları üzrə 2 akt və protokol tərtib olunmuş və 2 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsilə bağlı 3 akt tərtib olunub. Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 6800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunmuş və 3 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt tərtib olunmuş və 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA