Hüseyn Arabulun vəkili ?Barmek?in keçmiz rəhbərinə bəraət istəyib

img

15-09-2009 [07:15]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə Azərbaycan Dövlət Sərhəddini qanunsuz keçməkdə və dövlət məmuruna 30 000 manat rüşvət təklif etməkdə təqsirli bilinən ?Barmek-Azərbaycan Elektrik şəbəkəsi? MMC-nin rəhbəri Hüseyn Arabul və digər 5 nəfərin məhkəməsi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prosesin əvvəlində Hüseyn Arabulun vəkili Abbas Atakişiyev təqsirləndirilən şəxslərin dindirilməsi ardlcıllığı ilə müdafiə çıxışınını təmin edilməsi barədə vəsatət qaldırdı. Hakimlər vəkilin vəsatətini təmin etdilər. Bundan sonra təqsirləndirilən, Türkiyə vətəndaşı Ayhan Dönməzin vəkili Tamerlan Zeynalov müdafiə etdiyi şəxsin cəzasının yüngül olmasının nəzərə alınmasını hakimlərdən xahiş etdi. Daha sonra təqsirləndirilən şəxslər Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərovun vəkilləri çıxış etdilər. Onlar müdafiə etdikləri şəxslərin barəsində daha yüngül cəza verilməsini məhkəmədən xahiş etdilər. İittihamın yetərincə sübuta yetirilmədiyini bildirən Hüseyn Arabulun vəkili Abbas Atakişiyev müdafiə etdiyi şəxsə bəraət istədi. Məhkəmə prosesi sabah bu gün davam etdiriləcək. Qeyd edək ki, dövlət ittihamçısı Hüseyn Arabulun üzərində olan əvvəlki 5 il şərti cəza saxlanılmaq şərti ilə 2 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilənlər Türkiyə vətəndaşı Ayhan Dönməzə 1 il, Azərbaycan vətəndaşları Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərova isə 1 il 6 ay müddətinə şərti cəza verilməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA