QHT-lərə Dövlət Dəstəyi Şurası və ACi-YF arasında əməkdazlıq memorandumu imzalanacaq

img

15-09-2009 [06:21]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondu (ACİ- YF) Bakı Ofisinin icraçı direktoru Fərda Əsədovla görüşüb. Müstəqil İnformasiya Agentliyinin gəbərinə görə, görüşdə Şura ilə ACİ-YF arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə öncə əldə edilmiş bir sıra mövqelər üzrə geniş fikir mübadiləsi aparılıb. ACİ-YF-in irəli sürdüyü əməkdaşlıq təkliflərinin Şuranın son iclasında müzakirə edilərək bəyənildiyini deyən sədr A.Quliyev iki qurum arasında memorandum imzalanmasını mümkün sayıb. Bir daha qeyd edilib ki, təkliflər sırasına birgə qrant müsabiqələrinin elan edilməsi, ?Şəffaf QHT layihəsinin yekunları? barədə birgə konfransın keçirilməsi, mühasibat uçotunun yeni standartları barədə reallaşdırılan mövcud layihələrə əlavə dəstək verilməsi və sair məsələlər daxildir. ACİ-YF icraçı direktoru F.Əsədov qarşılıqlı əməkdaşlığın həm ölkədə QHT inkişafına və vətəndaş cəmiyyəti quruculuğuna yardım edəcəyini, həm də təcrübə mübadiləsi üçün səmərəli olacağını qeyd edərək, təşkilati baxımdan yerinə yetirilməsi vacib olan bir sıra məsələləri diqqətə çatdırıb. Tərəflər əməkdaşlığın reallaşdırılması üçün səlahiyyətli müştərək komissiyanın yaradılması, müsabiqə elanı parametrlərinin müəyyənləşdirilməsi, eləcə də keçiriləcək konfransın gündəliyi və qəbul edəcəyi sənədlərin əsas mahiyyəti ilə bağlı razılığa gəliblər. Görüşdə Şura üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, Şuranın icraçı direktoru Fərasət Qurbanov, eləcə də ACİ-YF Bakı Ofisinin departament rəhbəri Fuad Süleymanov iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA