Elmira Süleymanova Nəqliyyat Nazirliyinin əməkdazlarından Ziya Məmmədova zikayət etdi

img

15-09-2009 [04:11]


[b]?Nəqliyyat Müfəttişliyinin və ?Azəryolservis? ASC-nin əməkdaşları sürücülərə qarşı fiziki güc tətbiq edərək döyür, təhqir edir?[/b] Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Nəqliyyat Nazirliyinin əməkdaşlarnın son günlər daha da artan qanunsuz əməlləri ilə bağlı nəqliyyat naziri Ziya Məmmədova məktub ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məktubda sözügedən nazirliyin əməkdaşlarının qanunsuz fəaliyyətindən narazılıq əks olunub: ?Son zamanlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətlərdən, eyni zamanda kütləvi informasiya vasitələrində gedən məlumatlardan göründüyü kimi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən bir sıra qanun pozuntularına yol verilir. Nəqliyyat Müfəttişliyinin və ?Azəryolservis? ASC-nin əməkdaşları dövlət nömrə nişanlarını avtomobillərin üzərindən açır, avtomobilə və sürücüyə məxsus sənədləri götürür, sürücülərə qarşı fiziki güc tətbiq edərək döyür, təhqir edir, qanunla nəzərdə tutulmuş səlahiyyətlərini aşırlar ki, bu da sürücülərin haqlı narazılığına səbəb olur. Əmirquliyeva Raya Şixbaba qızı Ombudsman Aparatına 17 avqust 2009-cu il tarixdə daxil olmuş şikayət ərizəsində oğlu Mehman Əmirquliyevin Nəqliyyat Nazirliyi Yol Nəqliyyatı Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünün bildirmişdir. Ərizəçi həmin döyülmə faktının videoyazısını müraciətinə əlavə etmişdir. Döyülmənin görüntüləri internet vasitəsilə yayımlanmış və geniş ictimai müzakirələrə səbəb olmuşdur?. Müvəkkil belə xoşagəlməz halların davam etməkdə olduğunu təəssüflə bildirib, göstərilənləri nəzərə alaraq, bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, əməkdaşlara hüquq və vəzifələrini, səlahiyyətlərini, qanun və qaydaları izah etməklə onlar üçün maarifləndirmə tədbirlərinin aparılmasını, belə hallara yol vermiş əməkdaşların intizam qaydasında cəzalandırılmasını, Nəqliyyat Müfəttişliyinin işçilərinin qanun çərçivəsində fəaliyyət göstərməsini nəzarətdə saxlamağı və görülmüş tədbirlər barəsində məlumat verməyi nazirdən xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA