Məktəblilər hələlik peyvənd olunmayacaq

img

15-09-2009 [03:24]


Ölkədə A/H1N1 virusu (?donuz qripi?) ilə bağlı təhlükəli vəziyyət olmadığından məktəblilər adi qripə qarşı peyvənd olunmayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə sanitar-gigiyena qaydaları, uşaqların sağlamlığı mövzusunda mütəmadi olaraq maarifləndirmə işləri aparılır: ?Azərbaycanda ?donuz qripi? kritik səviyyədə deyil. Şagirdələrimizin sağlamlığı hər zaman bizim diqqət mərkəzimizdədir. Birinci sinifə gələn uşaqlardan sağlamlığa dair xüsusi tibbi arayışlar tələb olunur. Amma ehtiyac duyularsa, biz, bütün təhsil müəssisələrində profilaktik tədbirlər həyata keçirməyə hazırıq?. Z.Əliqızı deyib ki, ?quş qripi?nə qarşı vaxtında lazımi tədbirlər görülüb: ?Quş qripi? təhlükəsi olan zaman vəziyyət daha kritik idi. O zaman bütün müəssisələrdə treninq-seminarlar keçirib, müəllim və şagirdləri məlumatlandırdıq. Hətta əyani vəsaitlər də paylanıb. İndiki şəraitdə hesab etmirik ki, ?quş qripi? ilə bağlı vəziyyət təhükəlidir. Amma hər iki virusla bağlı vəziyyət təhlükəli həddə çatarsa, Səhiyyə Nazirliyinin göstərişi ilə lazımi tədbirlər görüləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA