Azərbaycandakı seysmoloji stansiyaların sayı 21-ə çatdırılacaq

img

15-09-2009 [03:08]


Ölkə ərazisində seysmoloji stansiyaların sayı artırılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, hazırda seysmoloqlarımız baş verən zəlzələ ilə əlaqədar Gürcüstanda səfərdədir: ?Bizim bölgədə seysmiklik demək olar ki, ən aşağı səviyyədədir. Baş verən xırda təkanlar ancaq cihazlar tərəfindən qeydə alınır, insanlar tərəfindən hiss olunmur. Bu isə normal vəziyyətdir. Güclü aktivləşmə müşahidə olunmur. Ayın 8-də Gürcüstanda baş vermiş zəlzələnin Azərbaycana təsiri ola bilməz. Hazırda bizim seysmoloqlarımız Gürcüstanda səfərdədir. Bizdəki Amerika istehsalı olan cihazlar ən müasir standartlara cavab verir. Gürcüstan isə bu cür cihazlara sahib deyil. Ona görə də, kömək üçün Azərbaycan tərəfinə müraciət edilib. Zəlzələ baş verən ocaqda bir neçə ay mütəxəssislər tərəfindən müşahidələr aparılaraq, sonda hesabat hazırlanacaq?. Q.Yetirmişli həmçinin deyib ki, seysmoloji mərkəzdə yeni stansiyalar açılacaq: ?2003-cü ildən müasir standartlara cavab verən 14 seysmik stansiya fəaliyyət göstərir. İlin sonunadək bu şəbəkə genişləndiriləcək. Belə ki, stansiyaların sayı 21-ə çatdırılacaq. Hazırda quraşdırma işləri aparılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA