Elçin Behbudov partiyaların rayon təzkilatlarının sədrləri ilə görüzəcək

img

15-09-2009 [12:36]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin ?Bələdiyə seçkilərin monitorinqi və insan hüquları pozuntularına məruz qalmış şəxslərə yardım? adlı layihəsinin icrası davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Komitənin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda layihə çərçivəsində İmişli və Sabirabada səfər edəcəklər: ?Səfər bu ayın sonunadək baş tutacaq. Komitənin adından hər iki rayonun icra başçılarına müraciət etmişik. Müraciətdə siyasi partiyaların rəhbərləri ilə görüşmək üçün bizə şərait yaradılması xahiş olunur?. E.Behbudov deyib ki, insanların layihəyə marağı kifayət qədərdir: ?Bu vaxtadək Şirvan, Şamaxı və sairə başqa yerlərdə olub siyasi partiyaların rəhbərləri ilə görüşmüşük. Görüşlərdə diqqəti çəkən əsas məqamlardan biri həm iqtidar, həm də müxalifət partiya nümayəndələrinin bir araya toplanmasıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA