Bakı zəhər icra Hakimiyyəti BAXCP-nin aksiyasına ?yox? dedi

img

14-09-2009 [06:28]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda ilk olaraq Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı imzalanması və ratifikasiyası nəzərdə tutulan protokollara etiraz kimi sentyabrın 15-də saat 12.00-da Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında keçirilməsi nəzərdə tutulan piketlə əlaqədar məsələ müzakirə edilib. Bildirilib ki, BAXCP İdarə Heyətinin Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) sentyabrın 8-də ünvanladığı məktuba mənfi cavab verilib. BŞİH-nin ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə partiyaya göndərilən cavab məktubunda BAXCP-nin etiraz aksiyası keçirməsi məqsədəuyğun hesab edilməyib, partiyanın mövqeyini sivil qaydada KİV-də bildirməsinin daha faydalı ola biləcəyi qeyd olunub. İdarə Heyəti bu səbəbdən də Türkiyə səfirliyinin binası qarşısında icazəsiz etiraz aksiyasının keçirilməməsini məqsədəuyğun sayıb. BAXCP İdarə Heyətinin növbəti qərarı isə işğalçı Ermənistanla əlaqələrin qurulması, sərhədlərin açılması üçün Türkiyəyə təzyiq göstərən ABŞ, ATƏT və Avropa Birliyinin siyasətinə etiraz olaraq piketlərin keçirilməsi ilə bağlı olub. Qərara əsasən, sentyabrın 23-də ABŞ-ın Bakıdakı səfirliyinin, sentyabrın 24-25-də isə Avropa Birliyi və ATƏT-in Bakıdakı nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçiriləcək. Aksiyaların keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Qeyd edək ki, BAXCP İdarə Heyəti Türkiyə səfirliyinin binası qarşısında icazəsiz etiraz aksiyasının keçirilməməsini qərarlaşdırsada sabaha planlaşdırılan digər tədbirlər təxirə salınmayıb. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sabah Şəhidlər Xiyabanına gedib türk əsgərinin abidəsi önünə əkil qoyacaqlar: ?Daha sonra mən partiya üzvlərinin biri ilə Türkiyə səfirliyinə gedərək sentyabrın 15-də planlaşdırdığımız etiraz aksiyasının qətnaməsinin səfirliyə təqdim edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA