Sumqayıta Amerika qarızqaları hücum edib (Reportaj-foto)

img

14-09-2009 [06:25]


[/center] [b]?Nəvələrim qarışqanın əlindən xəstəliyə tutulub?[/b] Qarışqaların əlindən cana doyan Qarayeva Qumru az yaşlı nəvələrinin xəstəliyə düçar olduqlarını deyir: ?Sizə qurban olum, görün iş hara çatıb ki, evdə otura bilmirik. İki nəvəm var, ikisi də balacadır. Qarışqanın əlində nə yata bilirlər, nə də oynaya bilirlər. Gecələr qarışqalar balalarımın üzünü-gözünü o qədər dişləyib ki, allergiya olublar. Həkimlər də çarəsini tapa bilmirlər. Yediyimiz-içdiyimiz də gözümüzdən gəlir. Kimə deyirik, hara şikayət edirik, çarə tapan yoxdur. Görəsən, 21-ci əsrdə qarışqaların qarşısında da aciz qalmaqmı olar? Hamımız güc-bəla ilə övlad saxlayırıq, balalarımız qarışqaya yem olub. Bilmirik ki, bu bəladan nə vaxt qurtulacağıq?. [center][lib]2010/qarisqa-3.jpg[/lib][/center] [b]?Heç bir dərman bu qarışqaları öldürmür?[/b] Binanın digər sakini İradə xanım isə qarışqaların ucbatından evlərini tərk etmək məcburiyyətində qaldıqlarını söyləyir. Şikayətçi deyir ki, üç yaşlı nəvəsini qarışqaların əlində qurtarmaq üçün başqa yerə gediblər: ?Qalmışıq çöllərdə, onun-bunun evində. Bilmirik ki, nə edək.. Bu günə kimi hara şikayət etmişiksə, bizlik deyil deyiblər. Özümüz müxtəlif vasitələrlə qarışqaları məhv etmək istəmişik. Amma heç bir dərman bu qarışqaları öldürmür. Qalmışıq Allah ümidinə?. [center][lib]2010/qarisqa-4.jpg[/lib][/center] [b]?Aldığım pensiya qarışqalarla mübarizəyə gedir?[/b] Sakinlər arasında aktiv olan Arif kişi döymədiyi dövlət qapısı qoymadığını deyir: ?Bu zülmü üç aydan çoxdur ki, çəkirik. Əvvəllər elə bilirdik ki, yaydır, gəlib keçəcək. Amma bu elə belə sovuşan məsələ olmadı. Gördük ki, öüzümüz bir əncam çəkə bilmirik, məcbur olub dövlət qurumlarına müraciət etdim. Özüm pensiyaner adamam, aldığım pensiya qarışqalarla mübarizəyə gedir. Belə olmaz axı. Bu şəhərin bir sahibi var, ya yox. Evdə hər gün minlərlə qarışqanı süpürüb atırıq, amma elə bil ki, yenidən hardansa gətirib evə qarışqa tökürlər. Bir sözlə yaşayışımız cəhənnəmə çevrilib?. Sakinlər onu da bildirdilər ki, bu günə kimi Mənzil İstismar Sahəsindən tutmuş, Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə dəfələrlə müraciət etsələr də, məsələyə əncam çəkən olmayıb. [b]İcra başçısı Vaqif Əliyevin qarışqalarla bağlı sərəncamı da var[/b] Məsələni araşdırmaq üçün Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə yollandıq. Mərkəzin direktoru R.Abdullayev (özünü təqdim etmədi, ancaq soyadını qapıda asılan trafaretdən götürdük-müəll) bizə bildirdi ki, bununla bağlı rəhbərlik etdiyi qurum yox,Sumqayıt Şəhər Dezinfeksiya Stansiya məşğuldur. Bu səbəbdən də Dezinfeksiya Stansiyanı yollandıq. Dezinfeksiya stansiyasının müdiri Tariyel müəllim bizi öz otağında qarşıladı. Söhbət əsnasında məlum oldu ki, onlar məsələdən halidirlər. Hətta bununla bağlı Sumqayıt Şəhr icra başçısı Vaqif Əliyevin 186 saylı 29 iyul sərəncəmı da var: ?Qeyd edim ki, hazırda Mənzil Kommunal İstismar İdarəsinin və 30-da çox zavod və müəssisələrin bizim satansiyaya ümumilikdə 498 min manat borcu var. Buna görə də biz müəyyən kiməyəvi dərmanlarn alınmasında çətinliklərlə üzləşirik. Bu məsələylə bağlı dəfələrlə icra başçısına müraciət etmişəm, amma hələ də bir cavab yoxdur?. [center][lib]2010/qarisqa-5.jpg[/lib][/center] [b]Binalara hücum edən qarışqalar Amerika növü imiş[/b] Stansiya müdiri qarışqaların xüsusiyyətləri barədə də məlumat verdi. Onun sözlərinə görə, sözügedən binadan götürülən qarışaqalar analiz edilib və müəyyən olunub ki, bu qarışqalar Amerika qarışqasıdır. Özü də bu qarışqa növü daha çox yayılma xüsusiyyətinə malikdir. Bundan əlavə, həmin qarışqalar təhlükəlidir. Əgər bu kütləvi hal alarsa, bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Sonda Taryel müəllim məsəldəylə ciddi maraqlanacaqlarını və əllərindən gələni edəcəklərini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA