Elçin Behbudov Müzfiq Hüseynov və Ruslan Bəzirli ilə görüzəcək

img

14-09-2009 [04:26]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ?Bizim yol? qəzetinin həbsdəki əməkdaşı Müşfiq Hüseynov və Yeni Fikir Gənclər Təşkilatının həbsdəki sədri Ruslan Bəşirli ilə görüşəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Komitə sədri özü məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərlə bağlı ona müraciətlər daxil olub: ?Bu yaxınlarda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə birlikdə ?Azadlıq? qəzetinin həbsdəki baş redaktoru Qənimət Zahidlə və ?Gündəlik Azərbaycan? qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşmüşdük. Bir neçə gündən sonra isə Müşfiq Hüseynov və 1 saylı cəzaçəkmə müəssisəsində Ruslan Bəşirli ilə görüşəcəyəm. Bu barədə mənə ictimaiyyətdən, həmçinin onların vəkilləri tərəfindən mənə müraciət edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA