?Quz qripi? ilə bağlı uz ovuna qoyulan qadağalar qalmaqdadır

img

14-09-2009 [02:54]


Quş ovuna qoyulan qadağa aradan qaldırılmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ?Ovçuluq haqqında? Qanunun 16.1 maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində ov mövsümünün başlanmasını və müddətini ETSN müəyyən edir: ?Həmçinin epizootik durumun sabit olduğu dövrlərdə də quşların balalama dövrü nəzərə alınaraq fevral ayından avqust ayının sonunadək heç bir quş növünün ovuna icazə verilmir. İndiki vəziyyətdə isə ?quş qripi?nə görə quş ovu qadağandır?. İ.İbrahimova deyib ki, ?quş qripi?nin yayılmasına səbəb ola biləcək quş ovunun bərpası barədə qərar yalnız prezidentin 16 fevral 2006-cı il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən verilə bilər: ?Quş ovuna qoyulmuş qadağa Azərbaycan Respublikası ərazisində ?quş qripi? xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyasının qərarı ilə aradan qaldırıla bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA