Azərbaycan xalçaçıları dəyirmi masa keçirib

img

14-09-2009 [02:22]


Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin iştirakı ilə ?Azərbaycan Respublikasında yaşlıların təhsili? proqramı çərçivəsində ?Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi? layihəsi üzrə təşkil edilən ?Dəyişən zamanda dəyişməyən dəyərlər? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Xalça? muzeyinin direktoru Röya Tağızadə xalçalığın dünənindən, bu günündən danışıb: ?Layihənin təşkilatçılarından ?dvv international? 1973-cü ildən başlayaraq, orta və yaşlı nəslin beynəlxalq təhsili sistemi çərçivəsində layihələr həyata keçirir. Hazırda dünyanın 40-dan artıq ölkəsində fəaliyyət göstərən təşkilat məlumat mübadiləsini dəstəkləməklə yanaşı, mədəniyyətlərarası, qlobal, Avropa siyasəti məsələlərinə dair təlimlər vasitəsilə davamlı təhsillə məşğul olan institutların yaradılmasına və inkişafına yardım edir. Təşkilatın Azərbaycan nümayəndəliyi 2002-ci ildən yaşlıların təhsili və peşə təhsili sahəsində fəaliyyət göstərir. Qafqaz dövlətlərini və Rusiya Federasiyasını əhatə edən ?Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərası dialoq üçün ömür boyu təhsil məkanı kimi? layihəsində ?dvv international? təşkilatının Azərbaycan üzrə tərəfdaşı İCOM-Azərbaycan keçmiş SSRİ məkanında ilk dəfə 1993-cü ildə Azərbaycanda təsis edilmişdir. Hazırda 50 muzey İCOM-Azərbaycana üzv seçilmiş, 6 bölgə muzeyi isə namizəddir?. R.Tağızadə bildirib ki, 1967-cı ildən fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi müxtəlif tarixi dövrlərə aid, irili-xırdalı 10 mindən artıq nadir mədəniyyət incilərinin saxlancıdır: ?Muzeydə xovlu, xovsuz xalçalarla yanaşı, xalça məmulatları, bədii keramika, şüşə, ağac üzərində iş, misgərlik, bədii tikmə nümunələri, milli geyimlər qorunub saxlanılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA