Kür və Araz çayları Gürcüstan və Ermənistan ərazisində çirklənməyə məruz qalır

img

14-09-2009 [01:26]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin, həmçinin biogen maddələrin miqdarının yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınıb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 6, fenollar 4, ammonium ionu 1,6, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 6, Ağstafaçay su anbarında fenollar 4 mis birləşmələri isə 6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 44,2 m3/san təşkil etmişdir. Suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3, mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.49-6.34 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA