QHT-lərin fəaliyyəti ilə bağlı sayt yaradılır

img

14-09-2009 [12:43]


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyəti ilə bağlı məlumat və xəbərlərin hazırlanması, yayılmasını təmin etmək üçün qhtxeber.az saytı açacaq. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Şuranın mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, yeni sayt cari QHT informasiyası ilə bərabər QHT-lərin hesabatlarını, beynəlxalq əlaqələrini, müxtəlif rəy sorğularının, monitorinqlərin nəticələrini işıqlandıracaq və digər aidiyyatlı xəbərlərin hazırlanması və yayımı ilə məşğul olacaq. Saytın QHT-lər tərəfindən informasiya təminatını yaxşılaşdırmaq üçün QHT-lərə press-relizlərin hazırlanmasının standart formaları göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA