Bu il 125 114 nəfər birinci sinifə gedəcək

img

14-09-2009 [12:28]


2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1427910 şagird təhsil alacaq. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, şagirdlərin təlim-tərbiyəsi ilə 170 min müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub. Yeni tədris ilində 37 dövlət ali təhsil müəssisində 110670, 16 özəl ali məktəbdə isə 19690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1960 müəllim çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA