Vətəndaz Tribunası ictimai Birliyi gənclərin problemlərini müzakirə edib

img

12-09-2009 [05:39]


Bu gün Vətəndaş Tribunası İctimai Birliyinin həyata keçirdiyi ?Gənclərin problemlərinin həllində KİV-lə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi? layihəsi çərçivəsində KİV və gənclər təşkilatları rəhbərlərinin gənclərlə görüşü olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihə gənclər arasında cinayətkarlıq, qumarbazlıq, narkomaniya, səfillik, tüfeylilik kimi neqativ halları doğuran səbəblərin araşdırılmasında kütləvi informasiya vasitələrinin rolu, gənclərin KİV-lə əməkdaşlıq imkanlarının real vəziyyəti, gənclərin asudə vaxtının və yay istirahətinin səmərəli təşkili mövzularını əhatə etmişdir. Tədbiri Birliyin üzvü Səfər Alışarlı açaraq layihənin ictimai əhəmiyyəti haqqında danışdı. Bugünkü toplantıda çıxış edən KİV rəhbərləri ? ?Bakı Xəbər? qəzetinin baş redaktoru Aydın Quliyev, ?Bizim yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev, ?Xalq qəzeti?nin əməkdaşı Aidə Şükürlü, ?Mədəniyyət? qəzetinin baş redaktor müavini Həmidə Rüstəmova, ?Alma? qəzetinin baş redaktoru İsrail Musayev, ?Yeni nəfəs? qəzetinin baş redaktoru Mübariz Məsimoğlu, ?Alatoran? jurnalının baş redaktoru Rasim Qaraca, ?Press-fakt? qəzetinin baş redaktoru Mikayıl ....., ?Azərbaycan dünyası? qəzetinin baş redaktoru Rəşad Bəydəmirli, eləcə də media sahəsində və gənclərlə işləyən QHT-lərin rəhbərləri Mətanət Müslümqızı, Səbinə Əvəzqızı, Şəlalə Səlimova, Şəlalə Həsənova, Ramiz Alıyev, Zaur Adıgözəlli, Minarə Xəlilova və başqaları müzakirə olunan məsələlərə münasibət bildirdilər. Layihə çərçivəsində aparılmış araşdırmalar təkliflər paketi halında donorlara və gənclərlə işləyən dövlət qurumlarına göndəriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA