?Baz nazir Artur Rəsizadə nəyə qol çəkdiyini də bilmir?

img

12-09-2009 [05:08]


Müasir Müsavat Partiyası (MMP) ofisindən çıxarılır. Partiyanın yerləşdiyi bina isə Qarabağın azərbaycanlı icmasının və Şuşa rayon İcra Hakimiyyətinin sərəncamına verilir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə MMP sədri Hafiz Hacıyev məlumat verib. H.Hacıyev partiyanın qərargahdan çıxarılmasını Nazirlər Kabinetinin qərarı ilə həyata keçirildiyini deyib: ?Bilirsiniz, qəribə bir şey var. Şuşa qalıb Qarabağda, biz Bakıda icra hakimiyyəti formalaşdırırıq. Bu barədə prezidentə də yanlış informasiya veriblər. İndi də bizə partiyanın qərargahının yerinin dəyişdirilməsi üçün təkliflər olunur. Biz hökumətlə danışıqlar aparmışıq, bizə müəyyən yerlər təklif olunur. Hazırda həmin yerlərə baxış keçiririk. Təəssüf edirəm ki, ölkə başçısının bizim qərargahla təmin edilməmizlə bağlı göstəriş verməsinə baxmayaraq, hələ də bəzi yoldaşlar dirəniş göstərmək istəyirlər. Düşünürəm ki, burada məqsəd Qərbi azərbaycanlılarla qarabağlıları üz-üzə qoymaqdır. Bu da hakimiyyət daxilindəki müəyyən qrupların seçkiqabağı planlarıdır?. H.Hacıyev onu da qeyd edib ki, onlara qarşı belə bir mövqeyin tutulmasının səbəblərindən biri hökumətin fəaliyyəti barədə tənqidi fikirlər səsləndirməsi olub: ?Bu da variantlardan biridir. Bu gün İdarə Heyətinin fövqəladə toplantısı keçirilib, orada da bu məsələ müzakirə olundu. Düşünürəm ki, bu məsələnin kökünü elə orda axtarmaq lazımdır. Hökumət bu gün fəaliyyətsizdir, ancaq korrupsiya ilə məşğuldurlar. Ancaq onlar da bilməlidirlər ki, qərargahımızı almaqla Hafiz Hacıyevi prezidentlə üz-üzə qoya bilməyəcəklər. Mən həmişə demişəm ki, baş nazir Artur Rəsizadə nəyə qol çəkdiyini də bilmir. Təəssüf ki, o hakimiyyət daxilindəki müəyyən qruplaşmaların əsirinə çevrilib. O da bundan nəticə çıxarıb istefa verib getməlidir. 90 min üzvü olan partiyanın, onun mətbu orqanının qərargahdan çıxarılıb yararsız yerlə təmin olunmasına göz yuma bilmərik. Lazım gəlsə, çadır qurub fəaliyyətimizi çadırda davam etdirəcəyik. Amma buna baxmayaraq, prezidentə minnətdaram ki, qəti göstəriş verib ki, partiyamıza layiqli yer verilsin. Hər halda həmişə dövlətçiliyi şər şeydən üstün tutan, iki dəfə prezident seçkilərində iştirak edən bir partiyanı çöldə qoymaq olmaz. Hələlik işin axırını gözləyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA