MSK sədri Məzahir Pənahovun məcburi köçkünləri bələdiyyə seçkilərindən kənarda saxlamaq cəhdi narazılığa səbəb olub

img

12-09-2009 [03:58]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun məcburi köçkünlərin bələdiyyə seçkilərindən kənarda saxlamaq niyyəti ciddi narazılığa səbəb olub. Bələdiyyə seçkilərinə rəsmən start verilməmiş Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məcburi köçkünlərin seçkidən kənarda saxlanılacağını bəyanlamaqla ilk narazılığı yaratdı. Əlbəttə ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı məcburi köçkünlər aktiv və passiv seçki hüquqlarından istifadə ediblər. Onlar 1993-cü ildən məskunlaşdıqları ərazilərdən formalaşan bələdiyyələrə namizədliklərini veriblər və bir çoxu da bələdiyyə üzvü seçilib. İndi MSK sədri Məzahir Pənahovun məcburi köçkünlərin bələdiyyə seçkilərindən kənarda saxlamaq niyyəti də başadüşülən deyil. Hazırkı Seçki Məcəlləsində də məcburi köçkünlərin seçki kampaniyasından kənarda saxlanılması ilə bağlı müddəa yoxdur. Bu məsələni MSK həll etməlidir. Lakin 2004-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı MSK sədri Məzahir Pənahov yaratdığı problemlərdən dolayı məcburi köçkünlər prosesdən kanarda qaldılar. İndi də MSK sədri analoji vəziyyətin yaranmasına çalışır. Bu isə məcburi köçkünlərin ciddi şəkilədə narazılığına səbəb olub. Qeyd edək ki, məcburi köçkünlərə qarşı olan bir diskriminasiya siyasətinə son verilməsi istiqamətində bir sıra QHT-lər aktiv fəaliyyətə başlamağa hazılaşır. Bununla bağlı Gənc Yurdsevrələr Birlyinin ölkə rəhbərliynə müraciəti də olmub. Sözügedən təşkilatdan Müstəqil İnformasiya Agentlyinə verilən məlumata görə, artıq MSK sədri məzahir Pənahovun açıqlaması ilə bağlı ölkə başçısına və bir çox millət vəkillərinə müraciət hazırlanır. Müraciətdə onlardan xahiş edilir ki, məcburi köçkülərin bələdiyyə seçkilərində aktiv iştirakı üçün bütün imkan yaradılsın. Məcburi köçkünlərin qənaətincə MSK onları seçkidən kənarda qoymaqla, bu prosesin şəffaflığına xələl gətirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA