Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baytarlıq Xidməti ?Quz qripi?nə görə monitorinqlər bazlayacaq

img

12-09-2009 [01:51]


?Ölkə ərazisində ?quş qripi? ilə bağlı monitorinqlərə start veriləcək?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, monitorinqlərə quşların ölkə ərazisinə miqrasiyası başlayan zaman, yəni oktyabrın sonu, noyabrın əvvəllərində başlanacaq: ?Bu işi Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Cəmiyyətinin üzvləri həyata keçirəcək. Monitorinqlər Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarında və Xəzərsahili ərazilərdə aparılacaq. Çünki köçəri quşlar adətən bu ərazilərdə məskunlaşırlar?. Y.Xanvəli həm də deyib ki, ölkəmizdə ?donuz qripi? ilə bağlı vəziyyət sabitdir: ?Amma narahatlıq olarsa, şübhəsiz ki, yenidən donuzlar arasında monitorinqlər keçirilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA