Tərtərdə Azərbaycan Ordusunun əsgəri yaralanıb

img

12-09-2009 [12:26]


Azərbaycan Ordusunun əsgəri yaralanıb. 19 yaşlı Şaban Zakir oğlu Murquzov Ermənistan silahlı qüvvələrinin cümə günü günorta saatlarında Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yaralanıb. Hadisə Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Bel nahiyəsindən yaralanan əsgər hospitala yerləşdirilib. Ç.Murquzov 2008-ci ildə Tovuz rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. O, Azərbaycan Ordusunun rabitəçi əsgəridir.(anspress) Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Trend News-a Ağdam hospitalına yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA