Seçki hüququ üzrə ixtisaslazdırılmız kurslar baza çatıb

img

11-09-2009 [07:03]


Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Dairə Seçki Komissiyalarının (DSK) sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb. Bu günkü seminarda MSK üzvü Fuad Cavadov, daxili işlər nazirinin müavini Oruc Zalov və Şəhər bələdiyyələr milli assossasiyasının sədri Əbülfəz Babayev DSK sədrləri qarşısında çıxış edib. F.Cavadov bələdiyyə seçkiləri zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı, qeydə alınan namizədlərin statusu barədə məlumat verib. Bələdiyyə seçkilərində daxili işlər orqanlarının, qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələri, və qruplarının vəzifələri ilə bağlı məlumat verən daxili işlər nazirinin müavini Oruc Zalov bələdiyyə seçkilərinə hazırlıqla bağlı DİN-də təqvim planı hazırlandığını vurğuladı: ?Bununla bağlı olaraq mühüm dövlət obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün tədbirlərə başlanılıb. Plana uyğun olaraq olaraq namizədlərin təhlükəsizliyinin təmin olunması, ictimai qaydaların pozulması hallarının aradan qaldırılması istiqamətində işlər görülür. Razılaşdırılmamış aksiyaların qarşısının alınması, qanunsuz silahların yığılması işi də həyata keçiriləcək. DİN əməkdaşlarının seçki prosesinə hazırlanması üçün bütün bölgələrdə seminar məşğələlər keçiriləcək?. Şəhər bələdiyyələr milli assosiasiyasının sədri Əbülfəz Babayev isə DSK sədrlərinə Bələdiyyələrin milli assosiasiyalarının təşkili, assosiasiyaların məqsəd və vəzifələri barədə DSK sədrlərinə məlumat verib. Tədbirin yekununda çıxış edən MSK sədri Məzahir Pənahov keçirilən seminarın komissiya sədrlərinin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. MSK sədri builki bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməyəcəyini bildirib: ?Dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması müəyyənləşməyib. MSK məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakına həmişə çalışsma da, bu mümkün olmur. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğuna görə bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırmalıdırlar?. Sonda DSK sədrlərinə sertifikatlar təqdim edilib. DSK sədrləri bu gün Heydər Əliyev Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyi ilə tanış olacaqlar. Qeyd edək ki, seminar ölkə prezidentinin ?Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında? Sərəncamının icrası ilə əlaqədar həyata keçirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA