Səidə Qocamanlı qadınlarla bağlı krizis mərkəzinin fəaliyyətindən narazıdır

img

11-09-2009 [05:09]


?Ölkədə qadınlarla bağlı bir çox problemlər olduğuna görə, biz, əsasən sosial yönümlü monitorinqlər aparırıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İnsan Hüquqları və Qanunçuluğu Müdafiə Bürosunun direktoru və Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, əsasən işdən çıxarılmışlar, işsizlik, yoxsulluq səviyyəsinin vəziyyəti, qadınların siyasi həyatdakı aktivliyi, mədəniyyət və incəsənətdəki rollarının nə səviyyədə olması ilə bağlı monitorinqlər aparırlar: ?Biz monitorinqləri bir mexanizm kimi daimi keçiririk. Bildiyiniz kimi, biz, həm də Avropa Şurasının ekspertləriyik və Azərbaycanın Qeyri-Hökümət Vətəndaş Cəmiyyəti olaraq, ildə 4 dəfə Avropa Şurasının bütün iclaslarında Azərbaycanı təmsil edir, monitorinqlərin nəticələrini isə hesabat formasında Avropa Şurasında keçirilən iclaslarda təqdim edirik?. S.Qocamanlı bildirib ki, keçirilən monitorinqlərdə Azərbaycan qadınlarının bugünkü həyatı və ictimaiyyətdəki fəaliyyəti əsas olaraq müzakirəyə çıxarılır: ?Azərbaycanda qadın hüquqları demək olar ki, çox zəif qorunur. Mənə elə gəlir ki, həm qadınlarla bağlı komitələr, həm də Milli Məclis tərəfindən bu yöndə addımlar atılır. Bildiyiniz kimi, qadınlarla bağlı qanunlara düzəlişlərin edilməsi gözlənilir. Qərb standartları ilə müqayisədə, bizim qadınların hüquqları demək olar ki, yox dərəcəsindədir. Biz, Qərbə nəzərən çox geridə qalmışıq. Bunun qarşısını almaq üçün bir neçə amillər var. Azərbaycan dövləti qadınlarına daha çox fikir verilməli, onların hüquqlarını müdafiə etmək üçün paket və maarifləndirmə proqramları hazırlanmalıdır. Yəni qadınlar öz hüquqlarını bilməlidirlər?. Hüquq müdafiəçisi deyib ki, Azərbaycanda krizis mərkəzləri də açılmalıdır ki, hüquqları pozulmuş qadınlar həmin mərkəzə müraciət etsin və öz hüquqlarını tələb edə bilsinlər: ?Amma Azərbaycanın Qeyri-Hökümət təşkilatları krizis mərkəzi açsa da, o, sadəcə, pul dağarcığı olaraq fəaliyyət göstərir?. S.Qocamanlının sözlərinə görə, yaradılmış həmin mərkəzlərdən istifadə edilmir: ?Bu mərkəzlər elə olmalıdır ki, qadınlar onlardan lazımi səviyyədə istifadə edə bilsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA