Nəqliyyat Nazirliyinin əməkdazlarına cinayət izi açıldı (Video)

img

11-09-2009 [04:15]


Bu gün Azərbaycan Media Mərkəzində ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov Əmirquliyev Mehman Cabur oğlunun Dəvəçi rayon Prokurorluğu tərəfindən həbs edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərov bildirib ki, 4 avqust 2009-cu ildə saat 13 radələrində vətəndaş Əmirquliyev Mehman Cabur oğlu icarə qaydasında idarə etdiyi ?KamAZ? markalı yük avtomaşını ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən, Bakı-Quba avtomobil yolunun 130 km-də, Dəvəçi rayonun Gəndob kəndinin ərazisində Nəqliyyat Nazirliyi, ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları tərəfindən qanunsuz olaraq təqib edilib, qəza vəziyyəti yaratmaqla maşını saxlamağa məcbur ediblər: ?MMC-nin şimal bölmə rəisi Hikmət Seyidov, baş mütəxəssis Qalib Pənahov, Vüsal Səmədov və adlarını bilmədiklərimiz daha 3-4 şəxs tərəfindən yumruq və təpik zərbələri ilə vəhşicəsinə döyülərək, ona ağır kəllə-beyin zədəsi yetiriblər. Bunu Mehman Əmirquliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən həkimlər də təsdiqləyiblər. Ertəsi gün isə M.Əmirquliyev hadisə ilə bağlı Dəvəçi rayon Prokurorluğuna müraciət edib. Lakin Prokurorluq məhz Əmirquliyev Mehman Cabur oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açmış, 8 avqust 2009-cu il tarixdə həmin maddə ilə ittiham edilərək, onun barəsində Dəvəçi rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib. Nəzərinizə çatdırım ki, cinayət işinin istintaqı aparılarkən, işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməyib. İstintaq zamanı hadisənin şahidi olmuş şəxslərin ifadələrinə baxmayaraq, məsələ ədalətli həllini tapmayıb?. M.Əmirquliyevin vəkili onu da bildirib ki, məsələ ilə bağlı ölkə başçısına, Milli Məclisə, Ombudsmana, MTN-ə, Respublika Prokurorluğuna və digər rəsmi orqanlara müraciət edilib. Lakin müraciətlərə heç bir reaksiya verilməyib. Zərərçəkmişin qardaşı Ələsgər Əmirquliyev hazırda qardaşının Şüvəlandakı həbsxanada saxlandığını nəzərə çatdırıb və məsələ ilə bağlı bütün aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, heç bir cavab almadığını deyib. ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov isə Nəqliyyat Nazirliyi işçilərinin açıq-aşkar qanunu pozduqlarını dilə gətirib. Onun sözlərinə görə, əgər vətəndaş maşını saxlamayıb gedirsə, bu o demək deyil ki, o, cinayət hadisəsi törədib: ?Əgər vətəndaş yol qaydasını pozursa, Nəqliyyat Nazirliyinin əməkdaşları yol hərəkəti qaydalarını pozan sürcünün maşınının nömrəsini götürüb dərhal yol polisinə verməlidir. Onların haqqı yoxdur ki, sürücünü təqib etsin və onu vəhşicəsinə döysünlər. Belə çıxır ki, nəqliyyat işçiləri yol polisinin hüququnu da mənimsəyirlər?. V.İsgəndərov məsələnin araşdırılmasını və cəzasız qalmışların cəzalandırılmasını tələb edib: ?Bundan əlavə, Dəvəçi və Sumqayıt şəhərinin Apelyasiya Məhkəməsinin hakimlərinə M.Əmirquliyevin həbsi ilə bağlı hökmü qüvvədə saxladıqlarına görə, sərt cəza verməlidir. Nəqliyyat Nazirliyinin əməkdaşları, həmçinin Mehman Əmirquliyevin 500 manat pulunu cibindən çıxarıb və telefonu əlindən alıblar. Bir şeyi də qeyd edim ki, onlar həmin ərazidə hər bir sürücüdən 50 manat rüşvət tələb edirlər. M.Əmirquliyev isə tələb edilən pulu verməmək üçün maşını saxlamaq istəməyib, onlar isə onu vəhşicəsinə döyüblər. Əslində onlar vəzifə səlahiyyətlərini aşma maddəsi cinayət məsuliyyətinə cəlb edilməlidirlər?. Tədbirin digər iştirakçısı, millət vəkili Pənah Hüseyn də Azərbaycanda zorakılıq hallarının artdığını bildirib: ?Əsas məsələ odur ki, vətəndaş döyülüb. İstənilən halda vətəndaşa qarşı güc tətbiq etmək və onu döymək yolverilməzdir?. Tədbirdən bir neçə saat keçdikdən sonra hüquq müdafiəçisi Vidadi İsgəndərov Müstəqil İnformasiya Agentliyinin redaksiyası ilə əlaqə saxlayaraq Respublika Prokurorluğu tərəfindən Nəqliyyat Nazirliyinin həmin əməkdaşlarına artıq cinayət işinin açıldığını deyib. [flash width=425 height=350]http://www.youtube.com/v/Zop0clJQyos[/flash]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA