Hüquq müdafiəçisi narkotik satızının leqallazdırılmasını istəyir

img

11-09-2009 [03:30]


?Təcridxanalardakı qadınların vəziyyəti ötən illərə nisbətən xeyli yaxşılaşıb?. Bu sözləri deyən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, təcridxanalardakı qadınların səhhəti normaldır, mələfələri təmizdir: ?Mələfələri həftə ərzində dəyişilir, vanna qəbuluna nəzarət olunur?. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, jurnalistlərə açıqlamasında N.Cəfəroğlu deyib ki, həbsxanalardakı qadınların əksəriyyəti ailə münaqişəsi zamanı həyat yoldaşını öldürənlərdir: ?Demək olar ki, həmin cinəyəti törətmiş qadınlar həbsxanalarda çoxluq təşkil edirlər. Həbsxanalarda narkotik daşıyıcısı və uşaq alveri ilə məşğul olmuş qadınlar da az deyil. Yoldaşını öldürmüş qadınlarla söhbət zamanı isə bəlli olur ki, cinayəti törətmiş həmin qadınlar ailədəki zorakılığın bir növ qurbanına çevrilmişlərdir. Əksər qadınlar istəmədən, yaxud öz uşaqlarını ögey ata münasibətlərindən müdafiə edərkən və yaxud da ailə durumunun zəif olmasına görə bu cinayətləri törədiblər. Bildiyiniz kimi, əksər hallarda ailədə qadınların hüquqları tapdanır və buna dözməyən, polisə şikəyət edə bilməyən qadınlar özünü müdafiə etmək üçün bu cinayəti işləmiş olurlar. Bəzən elə hallar baş verir ki, bəzi kişilərimiz ?qeyrət? sözünü də yaddan çıxarırlar. Onu da deyim ki, cinayətə sürüklənən qadınların əksəriyyəti kişilər tərəfindən zorla işə sövq olunanlardır?. N.Cəfəroğlu təmsil etdiyi Cəmiyyətin narkotik vasitələrlə bağlı layihə yazmaq istəyindən də söz açıb: ?Narkotikə aludə olan insanlara həkimin təqdim etdiyi arayışla apteklərdə az miqdarda faiz nisbəti ilə narkotiklər satılsa, narkotik satıcıları da aradan qalxar. Mənə elə gəlir ki, belə olsa, həm narkotik satanların faiz nisbəti, həm də Azərbaycana gətirilən daha ağır dozalı narkotiklərin sayı azalar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA