Dağlıq Qarabağ həqiqətlərini əks etdirən sayt fəaliyyətə bazladı

img

11-09-2009 [02:36]


Bu gün Azərbaycan Media Mərkəzində Humanitar Tədqiqatlar Cəmiyyətinin təsisçisi olduğu Qarabağ Bloqunun (www.karabakhblog.com) sayıtının təqdimatı keçirilib. Müstəqil İnofrmasiya Agentliyinin xəbərinə görə, sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Dağlıq Qarabağ haqqında internet bloqun yaradılması və informasiya strategiyasının hazırlanması? layihəsi çərçivəsindədir və sentyabr ayının əvvəlində istifadəyə verilib. Tədbirdə Humanitar Tətqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Navella Cəfəroğlu, Məcburi Köçkün Cəmiyyətinin sədri Çıraq Hüseynov, saytın texniki direktoru Səbuhi İsayev və Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müəllimi Zəfər Şamilov iştirak edib. Tədbiri giriş sözü ilə açan Humanitar Tətqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun sözlərinə görə, Dağlıq Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında məlumatlar, fotoşəkillər və videogörüntülərlə zəngin olan saytda, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və bu istiqamətdə aparılan danışıqları əks etdirən məlumatlar dərc olunmaqdadır: ?Azərbaycan, rus və ingilis dillərində olan məlumatlar ölkənin aparıcı informasiya agentlikləri, qəzet və internet səhifələrinin materialları əsasında hazırlanacaqdır. Eyni zamanda daimi olaraq, tanımış əcnəbi qəzetlərin Dağlıq Qarabağ haqqında məlumatları izlənəcəkdir. Gələcəkdə səhifəyə Dağlıq Qarabağdan olan insanlar, onların yaşam tərzini əks etdirən materialların daxil olunması planlaşdırılır. Bu məqsədlə Dağlıq Qarabağın tanınmış insanlarının müəllifi olduqları bloqlar yaradılacaq və onlara istifadə qaydaları öyrədiləcəkdir ki, bu da məlumatların daha operativ çatdırılmasına xidmət edəcəkdir?. Ə.Həsənov bildirib ki, artıq saytın geniş auidtoriya üçün təqdimatı və təbliği istiqamətində işlərə start verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA