Deputat Fuad Muradov Gənclərin 3-cü festivalında Azərbaycanı təmsil edəcək

img

11-09-2009 [12:45]


Sentyabrın 12 və 13 Gürcüstanın Batumi şəhərində Cənubi Qafqazda Gənclərin 3-cü festivalı keçiriləcək. Tədbirdə Azərbaycanı Azərbaycan Respublikası Gənclər Təşklatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov təmsil edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə müzkirə olunacaq ən vacib məsələlərdən biri gənclərin sağlamlıq məsələsi, və gənclərin təşəbbüsünün artırılması məsələsi olacaq. Tədbirdə ARGTMŞ sədri, millət vəkili Fuad Muradov ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında çıxış edəcək. Qeyd edək ki, tədbir BMT nin Əhali Fondu(UNFPA) və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA