Misir Mərdanov: ?Bağçalarda yazayan məcburi köçkünlər köçürülməlidir?

img

10-09-2009 [05:30]


Yeni salınan şəhərciklərin, tikilən binaların yanında hər cür infrasturuktur, eləcə də bağça və məktəb yaradılmalıdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri təhsil naziri Misir Mərdanov səsləndirib. Onun sözlərinə görə, tikinti şirkətlərinin rəhbərləri belə təşəbbüslə çıxış etməlidirlər: ?Artıq bəzi şirkətlər bu addımı atıb. Məsələn, Masazır gölünün ətrafında ?Qurtuluş? qəsəbəsi salınıb. O qəsəbəni tikən şirkət orada yaşayan uşaqlar üçün məktəb və uşaq bağçası da inşa edib. Bu il biz həmin məktəbi istifadəyə verəcəyik. Digər qəsəbələrdə də belə olmalıdır?. Nazir ən ciddi problemlərdən birinin məktəbəqədər təhsil müəssisələrində məcburi köçkün ailələrinin yerləşdirilməsi olduğunu söylədi. O bildirdi ki, hazırda bağçaların imkanlarından maksimum yararlanmaq mümkün deyil: ?Əsas problem paytaxtdadır. Bağçalarda məskunlaşmış məcburi köçkünlərə şərait yaradıb, onları oradan köçürmək lazımdır. Həmin bağçaları təmir etməliyik. İmkan varsa, bağçaların ərazisi genişləndirilməlidir. Bu addımı atmaqla biz problemi qismən çözmüş olarıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA