?Mavi yanacağın bahalazması əhalini odundan istifadə etməyə məcbur etməyəcək?

img

10-09-2009 [05:10]


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti qış ayları üçün 64 min kubmetr odunun əldə olunması üçün qərar qəbul edib və qərarın icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sözügedən nazirliyin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov həmin ehtiyatın yalnız qurumuş ağacların hesabına ödəniləcəyini deyib. Onun sözlərinə görə, heç bir qurumamış ağacın kəsilməsindən söhbət gedə bilməz: ?Ötən il qış mövsümündən kifayət qədər yıxılmış, sınmış ağaclar var. 64 min kubmetr böyük həcm olsa da, gələn il bu ehtiyacın azaldılması üçün nazirlik tərəfindən bir sıra təkliflər irəli sürüləcək. Bunun üçün Respublikanın istilik balansı tutulmalıdır. İstilik ehtiyatını ödəmək üçün oduna olan ehtiyac nəzərdə tutulmamalıdır. Yəni alternativ istilik mənbələrindən istifadə edilməlidir. Təbii ki, bu işdə beynəlxalq təcrübədən də istifadə olunacaq. Artıq Respublikanın müxtəlif bölgələrində 8 ədəd alternativ istilik qurğuları quraşdırılıb. Bundan başqa günəş, külək enerjisindən də istifadə olunması planlaşdırılır?. Sektor müdiri deyib ki, bu il mavi yanacağın qiymətinin qaldırılması odundan daha çox istifadə edilməsinə gətirib çıxara bilməz: ?Mən inanmıram ki, mavi yanacağın bahalaşması əhalini odundan istifadə etməyə vadar etsin. Arbaycanda faktiki olaraq bölgələrin 80 faizi qazlaşdırılıb. Qalan 20 faiz ucqar kəndlərdir. Orada onsuz da həmişə odundan istifadə olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA