Ali məktəblərimizin Baloniya sisteminə keçidi sürətləndiriləcək

img

10-09-2009 [03:10]


?Baloniya təhsil sistemi 21 ali məktəbdə tətbiq olunub. Baloniya sisteminə daxil olan ali məktəblərin sayı getdikcə artır. Tətbiq coğrafiyası çoxalır və Baloniya sistemini gələcəkdə bütün ali məktəblərə tətbiq edəcəyik?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin rəhbəri İlham Mustafayev deyib. Onun sözlərinə görə, kredit sisteminə keçən ixtisasların sayını gələcəkdə artırmaq fikrindədirlər. İ.Mustafayev onu da bildirib ki, kredit sistemi ilə oxuyan tələbələrin ümumi sayı hələ tam açıqlanmayıb: ?Amma Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində kredit sistemi ilə oxuyan tələbələr bütövlük təşkil edir və ali məktəblərin Baloniya sisteminə keçməsi intensiv sürətdə həyata keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA