Elçin Behbudov Hüseyn Arabulla görüzüb

img

10-09-2009 [01:51]


Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyevlə görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə E.Behbudovun özü məlumat verib: ?Görüş zamanı insan hüquq və azadlıqları ilə bağlı müzakirələr apardıq. Ondan sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müvəqqəti saxlanma kameralarına baş çəkdim. Oradakı şəraitlə maraqlandım?. Hüquq müdafiəçisi monitorinq zamanı ?Barmek-Azərbaycan? şirkətinin keçmiş prezidenti Hüseyn Arabul və saxlanılan digər şəxslərlə görüşdüyünü bildirib: ?Orada onlara göstərilən münasibətlə maraqlandım. Soruşdum ki, onları vaxtında ayaq yoluna aparırlarmı, istəyəndə su verirlərmi. Hüsyen Arabul və digər şəxslər saxlanma şəraitindən və onlara qarşı münasibətdən narazılıq etmədilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA