Ermənilər Ağdamdakı mövqelərimizə hücum ediblər, xeyli itki verərək geri çəkildilər

img

10-09-2009 [12:51]


Bu gün səhər 09:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin yerləsdiyi Ağdam istiqamətində erməni sillahlı birləşmələri hücuma keçib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qarşı tərəfin hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin cavab atəşi nəticəsində 4 erməni əsgəri ölüb, bir neçəsi isə ağır yaralanıb. Atışma zamanı Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə yaralanıb. Məsələylə bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA