Hərbi xidmətə çağırızla bağlı fərman verilib

img

09-09-2009 [08:04]


Ölkə başçısı İlham Əliyev "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında? Qanuna uyğun olaraq Azərbaycan Respublikasi vətəndaşlarinin həqiqi hərbi xidmətə çağirilmasi və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularinin ehtiyata buraxilmasi haqqında fərman imzalayıb. Fərmana əsasən, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar. ?Hərbi xidmət haqqında? qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2009-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar. Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA