Azay Quliyev ATƏT-in Bakı Ofisinin nümayəndələri ilə göruzüb

img

09-09-2009 [07:27]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı Ofisinin Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinez, Ofisin Hüquq məsələləri üzrə mütəxəssisi Harald Çiarlo və Britaniya Səfirliyinin Siyasi məsələlər üzrə ikinci katibi Katrin Klev ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivləri və Şuranın ölkə QHT-lərinə dəstəyi haqda ətraflı fikir mübadiləsi aparılıb. A.Quliyev Şuranın QHT-lərə göstərdiyi məlumat, konsultativ, təşkilati-texniki və digər yardımlar haqqında məlumat verərək qeyd etdi ki, bütün bu məsələlərlə bağlı Şura tərəfindən təşkil edilmiş təlimlər mütəmadi olaraq davam etdirilir. Qonaqlar ölkə QHT-lərinin maddi-texniki durumu ilə yanaşı, həm də QHT-lərin dövlət qeydiyyatı məsələləri ilə bağlı müəyyən dəqiqləşdirmələrin aparılmasının vacibliyini vurğuladılar. Şura sədri bildirdi ki, bu ilin mart ayından QHT-lərin qeydiyyatına növbəti sadələşdirmə prosedurları tətbiq edilmiş, Ədliyyə Nazirliyi tərəfindən tələb olunan sənədlərin sayı azaldılmışdır. Son illər QHT-lərin qeydiyyatında irəliləyişlərin olduğunu diqqətə çatdıran A.Quliyev bu sahədə bəzi çətinliklərin də mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasına yardım etmək üçün Şuranın səylə çalışdığını dedi. ?Qeydiyyat sənədlərinin qüsursuz hazırlanması üçün Şura təlimlər təşkil edir, eləcə də aidiyyatı dövlət orqanları ilə məsləhətləşmələri davam etdirir?, - A.Quliyev dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA